“Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində görüş

"Elsevier" təşkilatı ilə Azərbaycan nümayəndə heyəti arasında arasında “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində görüş keçirilib.

Xəbərlər

17 iyun 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Elsevier” təşkilatı və Azərbaycanın nümayəndə heyəti arasında görüş baş tutub. Görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Azərbaycanın 10-dək aparıcı ali təhsil müəssisəsinin rəhbəri iştirak edib.

Görüş zamanı ali təhsil müəssisələrinin elmi-tədqiqat göstəricilərinin təhlili, tədqiqat strategiyasının inkişafı, beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsində tədqiqatların rolu və s. barədə müzakirələr aparılıb.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.