Koç Universitetinin rektoru ilə görüş

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Koç Universitetinin rektoru ilə görüşüb

Xəbərlər

İyunun 18-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Türkiyə Respublikasının İstanbul şəhərində təşkil olunmuş “Qlobal Davamlı İnkişaf Konqresi” (GSDC) 2025 çərçivəsində Koç Universitetinin rektoru, professor Metin Sitti ilə görüşüb.

Görüşdə tərəflər Azərbaycan ali təhsil müəssisələri ilə Koç Universiteti arasında qarşılıqlı tədqiqat maraqlarının müəyyən edilməsi və qiymətləndirilməsi imkanlarını müzakirə ediblər. Daha davamlı və uzunmüddətli tədqiqat layihələrinin qurulması imkanı kimi layihə əsaslı yanaşma xüsusi qeyd edilib.

Bundan əlavə, tərəflər akademik əməkdaşlığın gücləndirilməsi, tələbə və müəllim heyəti üçün mübadilə proqramlarının əhatə dairəsinin genişləndirilməsi və ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparıblar.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.