“Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə “Azərbaycan nümunəsi
“Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə “Azərbaycan nümunəsi: Universitetlər milli davamlılıq irsini necə formalaşdırır” mövzusunda panel sessiya keçirilib
“Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə “Azərbaycan nümunəsi: Universitetlər milli davamlılıq irsini necə formalaşdırır” mövzusunda panel sessiya keçirilib
İyunun 18-də “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində “Azərbaycan nümunəsi: Universitetlər milli davamlılıq irsini necə formalaşdırır" mövzusunda panel sessiya təşkil olunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın moderatorluğu ilə keçirilən panel sessiyada Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Koç Universitetinin rektoru Metin Sitti (Türkiyə) və Con fon Neyman Universitetinin rektoru Norbert Csizmadia panelist qismində iştirak ediblər.
Qeyd edək ki, sessiyada universitetlərdə dayanıqlılıq istiqamətində görülən işlər, ətraf mühit siyasətinin gücləndirilməsi, müvafiq istiqamətdə tədqiqatların töhfəsi barədə Azərbaycan, Türkiyə və Macarıstan təcrübəsi paylaşılıb. Eyni zamanda, 2024-cü ildə Azərbaycanda keçirilən COP 29-un dayanıqlı inkişaf istiqamətində ali təhsil müəssisələri üçün yaratdığı imkanlar (beynəlxalq akademik nüfuz, qlobal tərəfdaşlıqlar, elmi əməkdaşlıq və s.) qeyd olunub.