Layihənin məqsədi dünyanın müxtəlif ölkələrindən tələbələri Azərbaycanda təhsil almağa cəlb etmək və onların müraciət prosesindən ölkədə məskunlaşmasına qədər hərtərəfli dəstəklə təmin olunmasını təmin etməkdir.
Layihənin məqsədi ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsidir.
Layihənin məqsədi tələbələrin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasına, onların mövcud bazar iqtisadiyyatının tələblərinə uyğun formalaşmasına və texnoloji dəyişikliklərə uyğunlaşmasına dəstək göstərməkdir.