Qrantlar: İnstitutda hazırda 10 qrant layihəsi (6 beynəlxalq, 4 yerli) icra edilir. Layihələr Azərbaycan Elm Fondu, SOCAR-ın “Elm və Təhsil Fondu”, AMEA–TÜBİTAK, Avropa İttifaqının Horizon Europe, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və KOBİA tərəfindən maliyyələşdirilir.
Beynəlxalq əməkdaşlıq: İnstitut Türkiyə, Almaniya, Fransa, Macarıstan, Çexiya, Portuqaliya, İtaliya, Belarus, Sloveniya, Slovakiya, Ukrayna, Rusiya, Çin, Qazaxıstan, Rumıniya, Ekvador, İsrail və Özbəkistanın aparıcı universitetləri və elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir. Əməkdaşlıq edilən qurumlar sırasında TÜBİTAK, İstanbul Universiteti, Ulm Universiteti, Jozef Stefan İnstitutu, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Harbin Engineering University, Yıldız Texnik Universiteti, Fırat Universiteti və Lusófona Universiteti yer alır.
