“Elsevier”dən gənc tədqiqatçılar üçün elmi sessiyalar

“Elsevier” şirkətinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə tərəfdaşlığı çərçivəsində gənc tədqiqatçılar (bakalavrlar, magistrantlar və doktorantlar) üçün elmi sessiyalar təşkil olunacaq.

Elanlar

Sessiyalar elmi savadlılığı artırmaq, tələbələrdə tənqidi yanaşma bacarığını formalaşdırmaq, ömürboyu öyrənməyə həvəsləndirmək və uğurlu karyera qurmaq istiqamətində təşviq etmək məqsədi daşıyır.

Sessiya 1: “Science Literacy 101” – Elmi Savadlılıq

27 may 2025-ci il, çərşənbə axşamı | Saat 17:00

•⁠ ⁠Elmi savadlılıq niyə vacibdir? Elmin mahiyyətinin başa düşülərək onun təhsildə və gündəlik həyatda tətbiq edilməsi

•⁠ ⁠Elm nədir? Elmi informasiyanı təhrif olunmuş məlumatlardan ayırd etmə bacarığı

•⁠ ⁠Elmi məlumatın necə formalaşdığını anlamaq: rəy prosesi, tədqiqatın maliyyələşməsi, nəşr mərhələləri və elmi təşkilatların baxış bucaqları

Sessiya 2: “Mendeley” ilə asan istinad idarəetməsi və sitatlar

29 may 2025-ci il, cümə axşamı | Saat 17:00

•⁠ ⁠İstinadların əlavə edilməsi, saxlanması, təşkili, 24/7 istifadəsi və fərdiləşdirilməsi

•⁠ ⁠10000-dən çox istinad formatı ilə avtomatik istinad və biblioqrafiyanın yaradılması

•⁠ ⁠100 milyondan çox mənbəni əhatə edən "Mendeley" kataloqunda ədəbiyyat axtarışı və boşluqların tamamlanması

•⁠ ⁠İstifadəçi qrupları ilə məsafədən əməkdaşlıq və komanda işi imkanı

Sessiyalar tədqiqatla maraqlanan hər kəs üçün açıqdır. İştirak üçün aşağıda qeyd olunan keçidə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. 

Təlimlər əsasən ingilis dilində olacaq, lakin ehtiyac olarsa, türk dilində də dəstək veriləcək. Sessiyalarda iştirak edənlərə sertifikat təqdim olunacaq.

Bağlantılar

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.