“Tədqiqat yolunda uğura doğru: Elsevier sizə necə dəstək olur?”

İyunun 3-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində tanınmış beynəlxalq nəşriyyat şirkəti “Elsevier”in rəsmi nümayəndəsi Saide Sakın iştirakı ilə “Tədqiqat yolunda uğura doğru: Elsevier sizə necə dəstək olur?” mövzusunda xüsusi məlumat sessiyası keçiriləcək.

Elanlar

Sessiyada iştirakçılar “Elsevier” alətlərinin tədqiqat prosesinə necə dəstək olduğunu əyani şəkildə öyrənmək imkanı əldə edəcəklər.

Sessiyanın əsas mövzuları:

  • ⁠“Elsevier” ekosistemində tədqiqat alətləri: Scopus, ScienceDirect, Scopus AI, Mendeley

  • Açar sözlərlə effektiv axtarış və mövzu seçimi

  • Müəllif və qurum profillərinin optimallaşdırılması

  • Beynəlxalq jurnallarda nəşrə hazırlıq

  • “Scopus AI” süni intellekt alətlərindən istifadə imkanları

  • ⁠“Elsevier” resurslarına çıxış və istifadə üzrə praktiki tövsiyələr və s.

İnfo-sessiyada tədqiqatla maraqlanan hər kəs iştirak edə bilər.

Qeyd: Sessiyada iştirak üçün öncədən qeydiyyat vacibdir.

Tarix: 03.06.2025-ci il

Saat: 11:00

Məkan: Bakı Dövlət Universiteti, 3 saylı tədris binası, dairəvi zal (I mərtəbə)

Bağlantılar

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.