“Journal Citation Reports™️ 2025” buraxılışı
“Journal Citation Reports™️ 2025” buraxılışı ilə bağlı vebinar keçiriləcək
20 iyun tarixində elmi jurnalların qiymətləndirilməsi və metrik göstəricilər sahəsində aparıcı platformalardan biri olan “Journal Citation Reports” platformasının özəllikləri və illik yenilənmələri haqqında vebinar təşkil ediləcək.
Vebinar zamanı iştirakçılara dinamik şəkildə dəyişən elmi nəşriyyat mühitində etibarlı və data əsaslı qərarların qəbulunu dəstəkləyən genişləndirilmiş jurnal profillərindən istifadə imkanları təqdim olunacaq. Tədbirdə həmçinin jurnal səviyyəsində mövcud olan müxtəlif metriklər, xüsusilə Journal Impact Factor™️ (JIF) və Open Access göstəriciləri haqqında məlumat veriləcək.
Təlim zamanı aşağıdakı mövzulara toxunulacaq:
Jurnal metriklərinin düzgün təhlili və istifadəsi
“Web of Science” platforması və digər “Clarivate” məhsulları ilə inteqrasiya imkanları
"Journals API" vasitəsilə metrik məlumatların universitet və ya nəşriyyat sistemlərinə ötürülməsi
Təlimçi: İltifat İbrahimov
Tarix: 20 iyun 2025-ci il
Saat: 14:00–15:30
Vebinarda iştirak etmək üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək tələb olunur:
Qeyd edək ki, vebinarda iştirak edənlərə sertifikat təqdim olunacaq.