“Clarivate”in Azərbaycan dilində vebinarlar seriyası
“Clarivate” şirkətinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə tərəfdaşlığı çərçivəsində tədqiqatçılar üçün təşkil etdiyi Azərbaycan dilində vebinarlar davam edir.
Belə ki, 25 aprel tarixində Süni intellekt ilə daha səmərəli tədqiqat: “Web of Science” innovasiyaları necə dəstəkləyir? mövzusunda vebinar baş tutacaq.
Vebinarda iştirakçılara “Web of Science Research Assistant™️” (WOSRA) süni intellekt alətinin ən son təkmilləşdirmələri də daxil olmaqla, bu süni intellekt alətinin cari imkanları haqqında məlumat veriləcək. Həmçinin “Clarivate” şirkətinin digər süni intellekt həllərinin tədris və tədqiqatda keyfiyyətin artırılmasına dəstəyi, resurslardan daha sürətli və faydalı istifadəsində önəmi, tədqiqatçılar və müəssisələr tərəfindən innovasiyaların sürətləndirilməsi, tədqiqatların nəticələrinin daha yaxşı ölçülməsi və nümayiş etdirilməsi kimi mövzulara toxunulacaq.
Vebinarda iştirak üçün aşağıda qeyd olunan keçidə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Qeyd edək kİ, vebinarda iştirak edənlər sertifikat ilə təmin ediləcəkdir.
Tarix: 25 aprel, saat 15:00 - 16:30
Təlimçi: İltifat İbrahimov