Tədqiqatçılar üçün "Elsevier" məlumat sessiyası təşkil olunub

İyunun 3-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində beynəlxalq nüfuza malik “Elsevier” nəşriyyat şirkətinin rəsmi nümayəndəsi Saide Sakın iştirakı ilə “Tədqiqat yolunda uğura doğru: Elsevier sizə necə dəstək olur?” mövzusunda məlumat sessiyası keçirilib.

Xəbərlər

Sessiyada iştirakçılara “Elsevier”in təqdim etdiyi "Scopus", "ScienceDirect", "Scopus AI" və "Mendeley" kimi qabaqcıl elmi alətlərdən tədqiqat prosesində səmərəli istifadə yolları barədə məlumat verilib. İştirakçılara effektiv axtarış üsulları, mövzu seçimi, müəllif və qurum profillərinin optimallaşdırılması, yüksək kvartilli jurnalların müəyyənləşdirilməsi, beynəlxalq elmi jurnallarda nəşrə hazırlıq mərhələləri və bu prosesdə “Scopus AI” süni intellekt alətlərinin tətbiq imkanları təqdim olunub. Həmçinin, “Elsevier” resurslarına çıxış və istifadəyə dair praktik tövsiyələr səsləndirilib.

Məlumat sessiyasında 100-dən çox tədqiqatçı iştirak edib və sonda iştirakçılara elektron sertifikatlar təqdim olunub.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.