Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində növbəti vətəndaş qəbulu
Mayın 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşların alimlərin mükafatlandırılması, ali təhsil müəssisəsinə bərpa və digər mövzularla bağlı müraciətləri dinlənilib. Müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Agentlik rəhbərliyi tərəfindən müəyyən olunmuş qrafikə əsasən mütəmadi qəbullar keçirilir.
Qəbula yazılmaq istəyən vətəndaşlar 146-6 Çağrı Mərkəzinə müraciət edə bilərlər.