Somali vətəndaşları Azərbaycanda təhsil almağa başlayır
İlk dəfə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Somali Federativ Respublikasının vətəndaşları Azərbaycanda təhsil almaq hüququ qazanıblar
2025–2026-cı tədris ilində “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” əsasında 20 nəfər Somali vətəndaşı Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisələrində təhsil alacaq.
Artıq tələbələr ölkəmizə gəliblər və onları hava limanında universitetlərin nümayəndələri qarşılayıblar.
Yeni tədris ilinin başlaması münasibətilə həm yerli, həm də Azərbaycanda təhsil alan əcnəbi tələbələri təbrik edir, hər birinizə uğurlar arzulayırıq.