Agentlikdə vətəndaş qəbulu keçirilib
Sentyabrın 1-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova vətəndaşları qəbul edib
Qəbul zamanı vətəndaşların əsasən orta ixtisas təhsili müəssisələrinə işə bərpa, tələbələrin köçürülməsi prosesi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılması və həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Agentlik rəhbərliyi tərəfindən təsdiqlənmiş qrafikə uyğun olaraq mütəmadi şəkildə vətəndaş qəbulları keçirilir.
Qəbula yazılmaq istəyən vətəndaşlar 146-6 Çağrı Mərkəzinə müraciət edə bilərlər.