Azərbaycandan üçüncü universitet “QS Stars” beynəlxalq reytinq sistemində 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən keçirilən “QS Stars” reytinq sistemində Azərbaycan Texniki Universitetinin (AzTU) fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib.

Xəbərlər

Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Azərbaycan Texniki Universiteti 5 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib.

“QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən etməyə dəstək olmaqla onların qlobal səviyyədə tanınmasına töhfə verir.

Qeyd edək ki, Türkiyə və Mərkəzi Asiya regionunun ölkələri ilə müqayisədə Azərbaycan “QS Stars” reytinq sistemində ilk dəfədən fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilən ali təhsil müəssisələrinin sayına görə lider mövqedədir.

Bu uğurlu nəticə münasibətilə Azərbaycan Texniki Universitetini təbrik edir, “QS Stars” qiymətləndirməsi davam edən digər ali təhsil müəssisələrinə uğurlar arzu edirik.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.