Agentliyin direktoru vətəndaşları qəbul edib
Aprelin 24-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşların müraciət və şikayətləri dinlənilib və onların qanunvericilik çərçivəsində həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə qəbul cədvəlinə uyğun olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi tərəfindən mütəmadi olaraq vətəndaşların qəbulu keçirilir.
Qəbula yazılmaq istəyən vətəndaşlar 146-6 Çağrı Mərkəzinə zəng edə bilərlər.