Agentliyin direktoru Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində olub
Aprelin 12-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinə səfər edib.
Səfər çərçivəsində Ülkər Səttarova kollecin pedaqoji kollektivi ilə görüşüb, tədrisin təşkili, mövcud infrastruktur, maddi-texniki baza və təhsilalanların təcrübə imkanları ilə yaxından tanış olub.
Görüşdə həmçinin kollec kollektivinin təklif və fikirləri dinlənilib, müzakirə olunan məsələlərlə bağlı müvafiq tövsiyələr və tapşırıqlar verilib.