HTP ilə ilk dəfə azərbaycanlı tələbə Mərakeşdə təhsil alacaq

Azərbaycan və Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq azərbaycanlı tələbə Hökumətlərarası Təqaüd Proqramı (HTP) vasitəsilə Mərakeş Krallığında təhsil almaq hüququ qazanıb.

Xəbərlər

Bu imkan 2026-cı il fevralın 16-da Mərakeşin paytaxtı Rabat şəhərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında imzalanmış elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş əsasında yaradılıb.

Proqram çərçivəsində seçilmiş azərbaycanlı tələbə 2026–2027-ci tədris ilindən etibarən Mərakeşin Mohammed V Universitetində psixologiya ixtisası üzrə bakalavriat təhsili alacaq.

Bu, Azərbaycan və Mərakeş arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və azərbaycanlı gənclərin xaricdə təhsil imkanlarının şaxələndirilməsi istiqamətində atılan növbəti addımdır.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.