HTP ilə Çin və Macarıstanda təhsil üçün 616 müraciət edilib

2026–2027-ci tədris ilində Çin Xalq Respublikası və Macarıstan Respublikasında Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində təhsil almaq istəyən namizədlər üçün ərizə qəbulu mərhələsi müvafiq olaraq ötən ilin 19 və 22 dekabr tarixlərində başa çatıb.

Xəbərlər

Qeyd edək ki, HTP çərçivəsində Çin üzrə 162, Macarıstan üzrə isə 454 olmaqla, ümumilikdə 616 elektron ərizə portal.edu.az elektron platforması üzərindən təsdiqlənib. Müraciət edən namizədlərdən 86 nəfər bakalavriat, 457 nəfər magistratura, 73 nəfər isə doktorantura səviyyəsi üzrə təhsil almaq üçün müraciət edib.

İlkin mərhələdə müraciətlərin sayının çoxluğu qeydə alınıb. Bununla yanaşı, müraciətlərin sayı və proqram üzrə rəqabətlilikdən asılı olmayaraq, ərizələrin dəyərləndirilməsi hər iki ölkə üzrə müvafiq elanlarda əvvəlcədən müəyyən edilmiş tələblər və meyarlar əsasında həyata keçiriləcək.

Növbəti mərhələdə yalnız ilkin seçimdən keçən namizədlərlə Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri tərəfindən təyin edilmiş müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə müsahibələr təşkil olunacaq.

HTP çərçivəsində müraciət etmiş bütün namizədlərə müsabiqədə uğurlar arzu edirik.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.