Azərbaycan heyəti Koreyada ali təhsil sammitində təmsil olunur
Azərbaycan nümayəndə heyəti 4-6 noyabr tarixlərində Cənubi Koreyanın Seul şəhərində keçirilən “QS Ali Təhsil: Asiya–Sakit Okean” sammitində iştirak edir. Sammitdə Azərbaycan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri təmsil olunur.
Üç gün davam edəcək sammit çərçivəsində Asiya və Sakit Okean regionunda ali təhsildə gələcək perspektivlər, elmi-tədqiqat əməkdaşlığının gücləndirilməsi və ali təhsildə beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılacaq.
Qeyd edək ki, tədbir nüfuzlu “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyinin təşkilatçılığı və Koreya Universitetinin ev sahibliyi ilə keçirilir.
